• 3
  • a1
  • 3

Azərbaycan Marketinq Cəmiyyəti

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) 2000-ci ilin iyulun 7-də qurulmuşdur. AMC-nin Təsis Konfransında yerli və xarici şirkətlərin, qeyri kommersiya təşkilatlarının nümayəndələri, marketinq, biznesin idarə olunması və digər sahələrdə çalışan mütəxəssislər iştirak etmişlər. Təşkilatın yaradılmasında məqsəd Azərbaycanda marketinq elminin yayılması, ümumi anlayışlarının, metodlarının və marketinqlə bağlı dünya təcrübəsinin təbliğ edilməsidir. Bu baxımdan biz, marketinqi sadəcə iqtisadi bir termin kimi deyil, daha geniş mənada - bir fəlsəfi düşüncə tərzi olaraq və Azərbaycanda demokratiyanın inkişafının ən mühüm amili kimi qəbul edirik.

Qeyd etmək lazımdır ki, 2000-ci ildən bu günə qədər AMC bir çox beynəlxalq və hökumət orqanları, yerli QHT, və şirkətlərlə müştərək şəkildə layihələr və tədqiqatlar həyata keçirmişdir, sosial sahibkarlıqla, o cümlədən marketinq tədqiqatları, investisiya layihələri və biznes planların hazırlanması ilə məşğul olaraq bir çox müəssisələrin biznes tərəfdaşıdır. Cəmiyyət həmçinin Respublikanın müxtəlif elmi tədqiqat və təhsil müəssisələri üçün qeyri kommersiya xarakterli xidmətlər göstərərək təhsil və təlim fəaliyyətinə də cəlb olunmuşdur.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
18-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebook  instagram