• a1
  • 2
  • 3

İqtisadçı-alim Rəhim Hüseyn oğlu Hüseynovun xatirəsinə həsr olunmuş anım günü keçirilmişdir

 

2014-cü il iyul ayının 22-də Azərbaycan Marketinq Cəmiyyəti  İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun ilə birgə iqtisadçı-alim Rəhim Hüseyn oğlu Hüseynovun əziz xatirəsinə həsr olunmuş anım gününu keçirmişdir.

Rəhim Hüseyn oğlu Hüseynova həsr olunan “Xatirə günü”nü İİETİ-nin direktoru cənab Vilayət Vəliyev açmışdır. Tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutununun elmi işçiləri, Azərbaycan Marketinq Cəmiyyətinin əməkdaşları və R. Hüseynovun yaxınları iştirak etmişlər.

Tədbirdə Rəhim Hüseynovun xatirəsinə xüsusi təqdimat hazırlanmış və nümayiş etdirilmişdir. İştirakçılar R. Hüseynovla bağlı əziz xatirələr ilə bölüşmüşdülər.

Tədbir bir dəqiqəlik sükutla başa çatmışdır.  

Rəhim Hüseyn oğlu Hüseynov 22 iyul 1961-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Neft və Kimya institutunun mühəndis-iqtisad fakültəsinin məzunudur. 1991-92-ci illərdə İstanbul Dövlət Universitetində “İdarəetmə” fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirmişdir.

1983-1990-cı illərdə Elmlər Akademiyasında çalışmış, 1990-cı ildən etibarən isə özəl biznesə başlamışdır. 1996-cı ildə SİAR Sosial-iqtisadi araşdırmalar Mərkəzini, 2000-ci ildə isə Azərbaycan Marketinq Cəmiyyətini təsis etmişdir. 2002-2004-ci illər ərzində İqtisadı İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin rəhbəri,  2004-2006-cı illərdə isə həmin nazirliyin Antiinhisar siyasəti departamentinin direktoru vəzifəsində çalışmışdır, daha sonra 2009-cu ilin yanvar-may aylarında isə eyni nazirliyin nəzdində fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Fondunun Prezidenti olmuşdur.

2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda müşavir vəzifəsində işləmişdir. 2013-cü ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri vəzifəsinə təyin olunmuşdur və eyni zamanda, həmin ilin oktyabr ayından AMEA İnnovasiya şöbəsinin rəisi vəzifəsini icra etməyə başlamışdır.

2014-cü ilin may ayının 12-də Rəhim Hüseynov vəfat etmişdir. Allah rəhmət eləsin!

 

(c) Azərbaycan Marketinq Cəmiyyəti

 

 

Yeniliklər

"Azərbaycan İxrac Kataloq 2015…

"Azərbaycan İxrac Kataloq 2015"-in təqdimat mərasimi keçirilmişdir

 2015-ci il iyul ayının 23-də“Four Seasons” otelin Şur zalında Azərbaycan Marketinq Cəmiyyətinin Azə...

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFOR…

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN QİYMƏTLƏNDİRİLMƏSİ"

2015-ci il iyul ayının 15-də FourSeasons mehmanxanasının “Şur” konfrans zalındaAzərbaycan Marketinq Cəm...

Dünya İqtisadi Forumunun Qlobal Rəqabə…

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşri elan edildi.  Azərbaycan yenə MDB ölkələri arasında ən yüksək nəticəyə malikdir!

Dünya İqtisadi Forumu 3 sentyabr 2014-cü il tarixində Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşrini tə...

Executive Master in Management and Sal…

ESADE (İspaniya) və SDA Bocconi (İtaliya) universitetlərinin birgə proqramı “Executive Master in Marketin...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

Artıq bir aydan çoxdur ki, Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

12.05.2014-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin banisi,...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin ba...

Dünya İqtisadi Forumunun qiymətləndirm…

Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə Rusiyanı qabaqladı.

  Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və bu gün yayımlanmış “Qlobal informasiya texnolog...

AMC Qari Armstronqu 70-illik yubileyi …

AMC Qari Armstronqu 70-illik yubileyi ilə təbrik etdi

8 dekabr 2013-cü il tarixində dünya məhşur marketinq alimi Professor Qari Armstronga 70-illik yubileyi il...

AMC Milli Net 2013-ün qalibi oldu

AMC Milli Net 2013-ün qalibi oldu

24 dekabr, 2013-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin veb-səhifəsi marketing.az Milli Net 201...

İKT Marketinq Mərkəzindən yenilik

İKT Marketinq Mərkəzindən yenilik

Azərbaycan Marketinq Cəmiyyətinin İKT Marketinq Mərkəzinin ekspertlərinin yeni məqaləsi işıq üzü görüb.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail