• a1
  • 2
  • 3

Dünya Rəqabətlilik Hesabatı 2013-2014

04 sentyabr 2013-ci ildə Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı” rəsmi olaraq işıq üzü görmüşdür. “Dünya Rəqabətlilik Hesabatı 2013—14” nəşrinə əsasən Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 7 ballıq şkala üzrə 4.51 bal toplayaraq, 39-cu mövqedə qərar tutmuşdur. Qeyd etmək lazımdır ki, 2012-2013 ilin Hesabatına əsasən Azərbaycan 144 ölkələrin sırasında 46-cı yerdə idi.

Bu il MDB ölkələri arasında Azərbaycan yenə ən yüksək nəticəyə malik olmuşdu. Ümumilikdə ölkəmizin illər boyu reytinqinə nəzər salanda Azərbaycanın inkişaf sürəti, dinamikası, onun daim inkişafda olan, möhkəm iqtisadiyyata malik olması, regionda böyük potensiala sahib olması, onun MDB məkanında ən rəqabətqabiliyyətli və xüsusi əhəmiyyətə malik olan dövlət kimi təşəkkül etməsi görünür və bu da onun beş il ərzində artıq 30 pillə irəliləməsinə səbəbdir.

Reytinq cədvəlində keçmiş sovet ölkələri arasında Estoniya 32-ci yeri tutaraq irəlidədir, Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan isə 79-cu yerdə qərarlaşmışlar. Sərhəd qonşularımız Türkiyə və İran müvafiq olaraq 44 və 82-ci pillələrdə yer tutmuşlar. Qonşu dövlətlərin reytinq cədvəlində Azərbaycana nisbətdə uzaq pillələrdə yerləşməkləri, Azərbaycanın necə sürətlə inkişaf etməsi, onun regionda nüfuzunun artması, potensialından düzgün istifadə etməsinin göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycan “Texnoloji hazırlıq”, “Makroiqtisadi mühit” və “Maliyyə bazarının inkişafı” kimi müasir inkişaf modelinin dinamikasının təzahürü olan kateqoriyaları üzrə irəliləməsi təqdirəlayiqdir.

“Dünya Rəqabətlilik Hesabatı 2013-14” nəşrinə əsasən dünyanın ən rəqabətqabiliyyətli ölkəsi yenə də İsveçrədir. İlk beşliyə daxil olan digər dövlətlər isə Sinqapur, Finlandiya, Almaniya və Amerika Birləşmiş Ştatlarıdır.

Azərbaycan Marketinq Cəmiyyəti 2005-ci ildən etibarən Dünya İqtisadi Forumunun Azərbaycan üzrə tərəfdaşıdır.

Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti

Yeniliklər

"Azərbaycan İxrac Kataloq 2015…

"Azərbaycan İxrac Kataloq 2015"-in təqdimat mərasimi keçirilmişdir

 2015-ci il iyul ayının 23-də“Four Seasons” otelin Şur zalında Azərbaycan Marketinq Cəmiyyətinin Azə...

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFOR…

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN QİYMƏTLƏNDİRİLMƏSİ"

2015-ci il iyul ayının 15-də FourSeasons mehmanxanasının “Şur” konfrans zalındaAzərbaycan Marketinq Cəm...

Dünya İqtisadi Forumunun Qlobal Rəqabə…

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşri elan edildi.  Azərbaycan yenə MDB ölkələri arasında ən yüksək nəticəyə malikdir!

Dünya İqtisadi Forumu 3 sentyabr 2014-cü il tarixində Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşrini tə...

Executive Master in Management and Sal…

ESADE (İspaniya) və SDA Bocconi (İtaliya) universitetlərinin birgə proqramı “Executive Master in Marketin...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

Artıq bir aydan çoxdur ki, Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

12.05.2014-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin banisi,...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin ba...

Dünya İqtisadi Forumunun qiymətləndirm…

Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə Rusiyanı qabaqladı.

  Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və bu gün yayımlanmış “Qlobal informasiya texnolog...

AMC Qari Armstronqu 70-illik yubileyi …

AMC Qari Armstronqu 70-illik yubileyi ilə təbrik etdi

8 dekabr 2013-cü il tarixində dünya məhşur marketinq alimi Professor Qari Armstronga 70-illik yubileyi il...

AMC Milli Net 2013-ün qalibi oldu

AMC Milli Net 2013-ün qalibi oldu

24 dekabr, 2013-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin veb-səhifəsi marketing.az Milli Net 201...

İKT Marketinq Mərkəzindən yenilik

İKT Marketinq Mərkəzindən yenilik

Azərbaycan Marketinq Cəmiyyətinin İKT Marketinq Mərkəzinin ekspertlərinin yeni məqaləsi işıq üzü görüb.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail