• a1
  • 2
  • 3

AMC Qari Armstronqu 70-illik yubileyi ilə təbrik etdi

8 dekabr 2013-cü il tarixində dünya məhşur marketinq alimi Professor Qari Armstronga 70-illik yubileyi ilə bağlı Azərbaycan Marketinq Cəmiyyəti tərəfindən təbrik məktubu ünvanlanıb. Məktuba əlavə olaraq hədiyyə kimi neftlə çəkilmiş gözəl rəsm əsəri təqdim olunub
Qari Armstrong tərəfindən hədiyyə çox məmnuniyyətlə qəbul olunub. Cənab Armstrong Azərbaycan Marketinq Cəmiyyətinə cavab məktubunda hədiyyənin heyrətamiz olduğu qeyd edib və təşəkkürünü bildirərək təşkilata işlərində uğurlar arzulayıb!

Qeyd edək ki, Qari Armstrong Filip Kotlerlə birgə “Marketing: An İntroduction”, 5-ci və 4-cü nəşrlərinin müəllifləridirlər. Professor Filip Kotlerlə, Linden Braunla və Adəm Styuartla birgə “Marketing” adlı kitabın 4-cü nəşrinin həmmüəllifidir.

Həmçinin Qari Armstrong Şimalı Karolina Universitetinin Kenan-Flagler Biznes Məktəbin ali dərəcəli professordur. O, Deytroit Vayne Dövlət Universitetində bakalavr dərəcəsi və biznes ixtisasında magistr dərəcəsini almış, və Şimal-qərbi Universitetində marketingdə fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir.

Doktor Armstrongun aparıcı biznes jurnallarında çoxsaylı məqalələri işıq üzü görüb. O, marketing araşdırmaları, satışın idarə edilməsi və marketinq strategiyası üzrə məsləhətçi və tədqiqatçı kimi bir çox şirkətlərlə əməkdaşlıq etmişdir. Lakin professor Armstrong üçün müəllimlik birinci yerdədir.

O, Kenan-Flagler bakalavr proqramlarının tədrisində və rəhbərliyində çox fəal iştirak edir. O, Marketinq fakültəsinin sədri, Bakalavr işgüzar proqramının direktor müavini, Biznes fərqlənmə proqramının direktoru və s inzibati vəzifələrini icra edir. Professor biznes tələbə qrupları ilə sıx işləyir, kampus və biznes məktəbi çərçivəsində bir neçə mükafat almışdır. O, üç dəfə aldığı “Excellence in Undergraduate Teaching” mükafatının yeganə təkrar sahibidir.

Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti

 1475790 770209276339223 1510709769 n

1463969 770209283005889 364861738 n

 

Yeniliklər

"Azərbaycan İxrac Kataloq 2015…

"Azərbaycan İxrac Kataloq 2015"-in təqdimat mərasimi keçirilmişdir

 2015-ci il iyul ayının 23-də“Four Seasons” otelin Şur zalında Azərbaycan Marketinq Cəmiyyətinin Azə...

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFOR…

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN QİYMƏTLƏNDİRİLMƏSİ"

2015-ci il iyul ayının 15-də FourSeasons mehmanxanasının “Şur” konfrans zalındaAzərbaycan Marketinq Cəm...

Dünya İqtisadi Forumunun Qlobal Rəqabə…

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşri elan edildi.  Azərbaycan yenə MDB ölkələri arasında ən yüksək nəticəyə malikdir!

Dünya İqtisadi Forumu 3 sentyabr 2014-cü il tarixində Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşrini tə...

Executive Master in Management and Sal…

ESADE (İspaniya) və SDA Bocconi (İtaliya) universitetlərinin birgə proqramı “Executive Master in Marketin...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

Artıq bir aydan çoxdur ki, Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

12.05.2014-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin banisi,...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin ba...

Dünya İqtisadi Forumunun qiymətləndirm…

Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə Rusiyanı qabaqladı.

  Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və bu gün yayımlanmış “Qlobal informasiya texnolog...

AMC Qari Armstronqu 70-illik yubileyi …

AMC Qari Armstronqu 70-illik yubileyi ilə təbrik etdi

8 dekabr 2013-cü il tarixində dünya məhşur marketinq alimi Professor Qari Armstronga 70-illik yubileyi il...

AMC Milli Net 2013-ün qalibi oldu

AMC Milli Net 2013-ün qalibi oldu

24 dekabr, 2013-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin veb-səhifəsi marketing.az Milli Net 201...

İKT Marketinq Mərkəzindən yenilik

İKT Marketinq Mərkəzindən yenilik

Azərbaycan Marketinq Cəmiyyətinin İKT Marketinq Mərkəzinin ekspertlərinin yeni məqaləsi işıq üzü görüb.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail