• a1
  • 2
  • 3

Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə Rusiyanı qabaqladı.

Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və bu gün yayımlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014“ (“The Global Information Technology Report 2014”) adlı illik hesabatda göstərilir ki, ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlmişdir. Hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlamışdır.

Sevindirici haldır ki, Azərbaycan “ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqinə görə dünyada 1-ci yerdə göstərilmişdir ki, bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir.

Eyni zamanda “Şəbəkələşmə hazırlığı indeksi”nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.

Hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, yuxarı orta gəlirli ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha yaxşı nəticə qazanmış və hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri tutmuşdur. MDB-də birinci olmaqla, ölkəmiz İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur.

Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlamışdır. Həmçinin, Azərbaycan dünya nəhənglərindən Çin (62), Braziliya (69) və Meksikanı (79) da arxada qoymuşdur.

Dünya İqtisadi Forumunun 2014-cü il üzrə “Qlobal Informasiya Texnologiyları Hesabatı“ ilə burada tanış olmaq olar:
http://reports.weforum.org/global-information-technology-report-2014/

Arayış: Azərbaycan Marketinq Cəmiyyəti 2006-cı ildən etibarən Dünya İqtisadi Forumunun Azərbaycan üzrə rəsmi  tərəfdaşıdır və bu tərəfdaşlıq çərçivəsində ölkədə aparılan sorğuların təşkili, analitik hesabatların hazırlanması və şərhlərin verilməsi işini yerinə yetirir.

© Bütün hüquqlar qorunur. Məlumatdan istifadə edərkən bu press-relizə istinad zəruridir.

Yeniliklər

"Azərbaycan İxrac Kataloq 2015…

"Azərbaycan İxrac Kataloq 2015"-in təqdimat mərasimi keçirilmişdir

 2015-ci il iyul ayının 23-də“Four Seasons” otelin Şur zalında Azərbaycan Marketinq Cəmiyyətinin Azə...

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFOR…

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN QİYMƏTLƏNDİRİLMƏSİ"

2015-ci il iyul ayının 15-də FourSeasons mehmanxanasının “Şur” konfrans zalındaAzərbaycan Marketinq Cəm...

Dünya İqtisadi Forumunun Qlobal Rəqabə…

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşri elan edildi.  Azərbaycan yenə MDB ölkələri arasında ən yüksək nəticəyə malikdir!

Dünya İqtisadi Forumu 3 sentyabr 2014-cü il tarixində Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşrini tə...

Executive Master in Management and Sal…

ESADE (İspaniya) və SDA Bocconi (İtaliya) universitetlərinin birgə proqramı “Executive Master in Marketin...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

Artıq bir aydan çoxdur ki, Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

12.05.2014-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin banisi,...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin ba...

Dünya İqtisadi Forumunun qiymətləndirm…

Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə Rusiyanı qabaqladı.

  Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və bu gün yayımlanmış “Qlobal informasiya texnolog...

AMC Qari Armstronqu 70-illik yubileyi …

AMC Qari Armstronqu 70-illik yubileyi ilə təbrik etdi

8 dekabr 2013-cü il tarixində dünya məhşur marketinq alimi Professor Qari Armstronga 70-illik yubileyi il...

AMC Milli Net 2013-ün qalibi oldu

AMC Milli Net 2013-ün qalibi oldu

24 dekabr, 2013-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin veb-səhifəsi marketing.az Milli Net 201...

İKT Marketinq Mərkəzindən yenilik

İKT Marketinq Mərkəzindən yenilik

Azərbaycan Marketinq Cəmiyyətinin İKT Marketinq Mərkəzinin ekspertlərinin yeni məqaləsi işıq üzü görüb.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail