• a1
  • 2
  • 3

Azərbaycan İxrac Kataloqu 2014

2014-cü il iyul ayının 21-də “Park İnn” otelin Nəsimi zalında Azərbaycan Marketinq Cəmiyyətinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə ərsiyə gələn “Azərbaycan İxrac Kataloqu - 2014” Layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə hökumət və Milli Məclisin nümayəndələrinin, iş adamları, müəssisə və təşkilat rəhbərləri, kütləvi informasiya vasitələrinin mənsubları iştirak etmişlər.

Tədbiri Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri xanım Nigar Hüseynzadə açmışdır. N. Hüseynzadə İxrac Kataloq nəşrinin ölkənin müasir iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında böyük əhəmiyyətindən danışmış və gələcəkdə xidmət sektorunun səviyyəsini daha yüksəlməsinin vacib olmasını qeyd etmişdir. Hazırkı nəşr artıq 6-cıdır və Layihə bir neçə ildir ki, uğurla davam edir. İxrac Kataloq ingilis dilində 3000 nüsxə çap formatında və 5 dildə (ingilis, alman, ispan, rus və ərəb) elektron disk formatında cəmiyyətə təqdim olunmuşdur.

Sözügedən nəşr Azərbaycan Respublikasının xaricdəki səfirlikləri və diplomatik nümayəndəlikləri, Azərbaycanın ictimai və dövlət təşkilatları, transmilli şirkətlər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri vasitəsi ilə yayılacaq, beynəlxalq sərgi və konfranslarda təqdim olunacaqdır. Qeyd etmək lazımdır ki, Kataloqun əsas rolu Azərbaycan şirkətlərinin potensialını müəyyən etmək və xarici müştəri və partnyorlarla yeni əlaqələr qurulmasında körpü yaratmaqdır. Bundan əlavə İxrac Kataloq artıq 6 ildir ki, Azərbaycan şirkətlərinin təqdim etdiyi məhsul və xidmətlərinin yeni bazarlara çıxmasına geniş imkanlar yaradır və yaratmaqdadır.

Təqdimat mərasimində Layihənin baş sponsoru olan Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Afaq Quliyeva, hökumət və digər şirkətlərin təmsilçiləri də çıxış etmişdirlər. Çıxış edənlər Azərbaycanın ixracat potensialının artırılması üçün Azərbaycan İxrac Kataloqunun işıq üzü görməsinin çox səmərəli bir addım olduğunu vurğulamış və gələcəkdə belə keyfiyyətli layihələrin geniş yayılmasında ehtiyac duyulduğunu qeyd etmişlər. 

 

 (c) Azərbaycan Marketinq Cəmiyyəti

 

 

Yeniliklər

"Azərbaycan İxrac Kataloq 2015…

"Azərbaycan İxrac Kataloq 2015"-in təqdimat mərasimi keçirilmişdir

 2015-ci il iyul ayının 23-də“Four Seasons” otelin Şur zalında Azərbaycan Marketinq Cəmiyyətinin Azə...

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFOR…

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN QİYMƏTLƏNDİRİLMƏSİ"

2015-ci il iyul ayının 15-də FourSeasons mehmanxanasının “Şur” konfrans zalındaAzərbaycan Marketinq Cəm...

Dünya İqtisadi Forumunun Qlobal Rəqabə…

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşri elan edildi.  Azərbaycan yenə MDB ölkələri arasında ən yüksək nəticəyə malikdir!

Dünya İqtisadi Forumu 3 sentyabr 2014-cü il tarixində Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşrini tə...

Executive Master in Management and Sal…

ESADE (İspaniya) və SDA Bocconi (İtaliya) universitetlərinin birgə proqramı “Executive Master in Marketin...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

Artıq bir aydan çoxdur ki, Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

12.05.2014-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin banisi,...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin ba...

Dünya İqtisadi Forumunun qiymətləndirm…

Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə Rusiyanı qabaqladı.

  Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və bu gün yayımlanmış “Qlobal informasiya texnolog...

AMC Qari Armstronqu 70-illik yubileyi …

AMC Qari Armstronqu 70-illik yubileyi ilə təbrik etdi

8 dekabr 2013-cü il tarixində dünya məhşur marketinq alimi Professor Qari Armstronga 70-illik yubileyi il...

AMC Milli Net 2013-ün qalibi oldu

AMC Milli Net 2013-ün qalibi oldu

24 dekabr, 2013-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin veb-səhifəsi marketing.az Milli Net 201...

İKT Marketinq Mərkəzindən yenilik

İKT Marketinq Mərkəzindən yenilik

Azərbaycan Marketinq Cəmiyyətinin İKT Marketinq Mərkəzinin ekspertlərinin yeni məqaləsi işıq üzü görüb.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail