• a1
  • 2
  • 3

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN QİYMƏTLƏNDİRİLMƏSİ"

 

 DSC5754

 2015-ci il iyul ayının 15-də FourSeasons mehmanxanasının “Şur” konfrans zalındaAzərbaycan Marketinq  Cəmiyyəti (AMC)  “AZƏRBAYCAN RESPUBLİKASINDA
İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İST
İFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN  QİYMƏTLƏNDİRİLMƏSİ  mövzusunda keçirdiyi araşdırmanın nəticələrinin geniş ictimaiyyətə çatdırılması  məqsədilə təqdimat mərasimi keçirilmişdir. Tədbiri Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri Nigar  Hüseynzadə açmışdır.

 Tədbirdə dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, İKT şirkətlərinin nümayəndələri,  eləcə də informasiya texnologiyaları sahəsində çalışan iş adamları və kütləvi informasiya vasitələrinin          nümayəndələri iştirak etmişdir.

AMC İKT sektorunun ölkəmizin aparıcı və prioritetsahəsi olmasını, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialını nəzərə alaraq, Azərbaycanın bu sektorunda son illər həyata keçirilən tədbirlərin nəticələrinin qiymətləndirilməsi məqsədi ilə sözügedən araşdırmanı həyata keçirmişdir. Müvafiq metodoloji yanaşmaya əsaslanaraq həyata keçirilən araşdırma Azərbaycan Respublikasının əhalisinə və onun İKT-yə münasibətdə davranışına yönəlib. 

  Araşdırmanın əsas hissəsi olan sorğu respondentlərin evində üzbəüz müsahibə şəkilində 7182 ailə üzvü        arasında  aparılıb və ev təsərrüfatlarının seçimi sistemli təsadüfi seçim əsasında həyata keçirilib.

 Araşdırmaya əsasən, ölkə üzrə ev təsərrüfatlarının 69,0%-kompüter mövcuddur və hər 100 nəfərə düşən  kompüterlərin orta hesabla sayı isə 28-dir. Rəyi soruşulanların 30%-i növbəti 6 ayda kompüter almağı  planlaşdırdığını bildirmişdir. Həmçinin, sorğuya əsasən, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin  sayı 72%-ə bərabərdir və bu göstərici üzrə Azərbaycanın dünya orta göstəricisini 1.8 dəfə  qabaqlayır. Ev  təsərrüfatlarının 71%-nin internetə çıxışı vardır və istifadəçilərin 84%-i internətə ev və mobil telefonlardan      genişzolaqlı vasitələrlə qoşulmuşdur. 

Dünyada, o cümlədən Azərbaycanda yüksək sürətli qoşulmalara tələbatın durmadan artdığı bir şəraitdə ölkədə bu göstəricinin indiki səviyyəsi Azərbaycanda İKT xidmətlərinin tətbiq səviyyəsinin yüksək olmasından və ölkədə son illər bu sahədə aparılan dövlət siyasətindən və cəmiyyətin informasiyalaşdırılması istiqamətində əldə olunmuş inkişafından xəbər verir.

Ümumiyyətlə, sorğu nəticələri Azərbaycanda İKT sektorunun gələcəyinə ümidlə baxması üçün əsas verir. Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisəsi əsasında demək olar ki, ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə geniş potensial formalaşmışdır.

Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidməti

 

  DSC5756

 

 DSC5757


 

 

 DSC5759

 

 

 

 

                                                                 

 

 

 

 

Yeniliklər

"Azərbaycan İxrac Kataloq 2015…

"Azərbaycan İxrac Kataloq 2015"-in təqdimat mərasimi keçirilmişdir

 2015-ci il iyul ayının 23-də“Four Seasons” otelin Şur zalında Azərbaycan Marketinq Cəmiyyətinin Azə...

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFOR…

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN QİYMƏTLƏNDİRİLMƏSİ"

2015-ci il iyul ayının 15-də FourSeasons mehmanxanasının “Şur” konfrans zalındaAzərbaycan Marketinq Cəm...

Dünya İqtisadi Forumunun Qlobal Rəqabə…

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşri elan edildi.  Azərbaycan yenə MDB ölkələri arasında ən yüksək nəticəyə malikdir!

Dünya İqtisadi Forumu 3 sentyabr 2014-cü il tarixində Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşrini tə...

Executive Master in Management and Sal…

ESADE (İspaniya) və SDA Bocconi (İtaliya) universitetlərinin birgə proqramı “Executive Master in Marketin...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

Artıq bir aydan çoxdur ki, Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

12.05.2014-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin banisi,...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin ba...

Dünya İqtisadi Forumunun qiymətləndirm…

Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə Rusiyanı qabaqladı.

  Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və bu gün yayımlanmış “Qlobal informasiya texnolog...

AMC Qari Armstronqu 70-illik yubileyi …

AMC Qari Armstronqu 70-illik yubileyi ilə təbrik etdi

8 dekabr 2013-cü il tarixində dünya məhşur marketinq alimi Professor Qari Armstronga 70-illik yubileyi il...

AMC Milli Net 2013-ün qalibi oldu

AMC Milli Net 2013-ün qalibi oldu

24 dekabr, 2013-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin veb-səhifəsi marketing.az Milli Net 201...

İKT Marketinq Mərkəzindən yenilik

İKT Marketinq Mərkəzindən yenilik

Azərbaycan Marketinq Cəmiyyətinin İKT Marketinq Mərkəzinin ekspertlərinin yeni məqaləsi işıq üzü görüb.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail