• a1
  • 2
  • 3

Bakıda keçiriləcək “Marketing Kingdom”

2013-cü ilin 4-5 aprel tarixlərində “Four Seasons Hotel”-də baş tutacaq Azərbaycanın ilk qlobal marketinq tədbiri “Marketing Kingdom Baku” üçün artıq 200-dən çox nümayəndə qeydiyyatdan keçib.
Baş ofisi Dubayda yerləşən “P World” şirkəti və Platinum sponsor olan Azercell Telecom tərəfindən təşkil olunan iki günlük tədbirdə Londonda keçirilən 2012 Yay Olimpiya Oyunları, Lego Group, SAP, Novartis, Coca Cola Hellenic, Yahoo! və digər şirkətlərdən olan marketinq direktorları da daxil olmaqla dünyanın ən böyük marketinq ekspertləri interaktiv təqdimat keçirəcəklər.

“P World” şirkətinin qlobal Baş İcraçı Direktoru Kosta Petrov bildirir: “Biz Azərbaycanın marketinq cəmiyyətindən çox razıyıq və əminik ki, “Marketing Kingdom Baku” yerli marketoloqlara gəlirli marketinq strategiyası qurmağa kömək edəcək. Hal-hazırda biz Azərbaycanı xəritədə regional marketinq mərkəzinə çevirmək məqsədilə həm öz spikerlərimiz, həm də partnyorlarımız Azercell və Paşa Bank ilə aktiv olaraq çalışırıq. Tədbirinin başlamasına bir ay yarım qalarkən artıq 200-dən çox qeydiyyatdan keçmiş nümayəndəmizin olması faktı göstərir ki, “Marketing Kingdom Baku” bu il ölkənin ən böyük biznes tədbirlərindən biri olacağını vəd edir. Biz tədbirlə maraqlanan, lakin hələ də qeydiyyatdan keçməyənlərə bunu mümkün qədər tez etməyi tövsiyə edirik.”

“Marketing Kingdom Baku” tədbiri London Olimpiya Oyunlarının Marketinq Direktoru tərəfindən keçiriləcək marketinqin bu günün iqtisadiyyatında olan əhəmiyyəti haqqında təqdimatla başlayacaq. Tədbirin qonaqları iki gün ərzində Yahoo! şirkətinin nümayəndəsi Marvin Liao, Lego Group şirkətindən olan Lars Siberbauer, həmçinin Microsoft, SAP və Coca Cola Hellenic-in nümayəndələri tərəfindən keçiriləcək sessiya və seminarlarda iştirak edə biləcəklər.

London Olimpiya Oyunlarının Marketinq Direktoru və Marketing Kingdom Baku tədbirinin əsas spikeri Greg Nugent bildirir ki, “Bu mənim Azərbaycana ilk səfərim olacaq və mən səbirsizliklə London Olimpiya Oyunlarındakı iş təcrübəmi yerli marketinq ictimaiyyəti ilə bölüşməyimi gözləyirəm. Qlobal marketinq strategiyalarının hazırlanmasında bu kimi tədbirlər böyük rol oynaya bilər”.

“Marketing Kingdom” Avropanın ən böyük marketinq tədbiridir. 2011 və 2012-ci illərdə tədbir Belqrad, Zaqreb, Sarayevo və Tiflisdə keçirilmişdir. 2013-cü ildə tədbir Bakı ilə yanaşı, həmçinin Qazaxıstan və Rusiyada da keçiriləcək. Azərbaycanda bu tədbir ilk dəfə təşkil olunacaq.

Tədbir Azərbaycanın ən nüfuzlu şirkətləri tərəfindən dəstəklənir: ölkənin aparıcı mobil operatoru Azercell Telekom tədbirin Platinum Sponsoru, PAŞA Bank Qızıl Sponsoru, Peugeot Rəsmi Maşın, VIP Club Concierge və Hesab.az Gümüş Sponsorlar, və Bruketa & Zinic Baku tövsiyə olunan Reklam Agentliyidir.

Tədbirin tərəfdaşları və media partnyorları: Trend.az, BOUTIQUE jurnalı, biznesinfo.az, ANS TV, Facemark.az & Facemark TV, mak.az, Azərbaycan Marketinq Cəmiyyəti, jobs.day.az, AIESEC Azərbaycan, marketer.ge.

Marketing Kingdom Baku tədbirinə qeydiyyat haqqında daha ətraflı məlumat üçün, zəhmət olmasa, tədbirin rəsmi saytına daxil olun: http://www.thepworld.com/pevents/event/43/marketing-kingdom-baku

Yeniliklər

"Azərbaycan İxrac Kataloq 2015…

"Azərbaycan İxrac Kataloq 2015"-in təqdimat mərasimi keçirilmişdir

 2015-ci il iyul ayının 23-də“Four Seasons” otelin Şur zalında Azərbaycan Marketinq Cəmiyyətinin Azə...

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFOR…

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN QİYMƏTLƏNDİRİLMƏSİ"

2015-ci il iyul ayının 15-də FourSeasons mehmanxanasının “Şur” konfrans zalındaAzərbaycan Marketinq Cəm...

Dünya İqtisadi Forumunun Qlobal Rəqabə…

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşri elan edildi.  Azərbaycan yenə MDB ölkələri arasında ən yüksək nəticəyə malikdir!

Dünya İqtisadi Forumu 3 sentyabr 2014-cü il tarixində Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşrini tə...

Executive Master in Management and Sal…

ESADE (İspaniya) və SDA Bocconi (İtaliya) universitetlərinin birgə proqramı “Executive Master in Marketin...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

Artıq bir aydan çoxdur ki, Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan Marketinq Cəmiyyətinin İdar…

Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyətinin sədri Rəhim Hüseynov dünyasını dəyişib

12.05.2014-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin İdarə heyəti sədri Azərbaycanda marketinqi...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin banisi,...

Azərbaycan marketinq cəmiyyəti böyük i…

Azərbaycan marketinq cəmiyyəti böyük itki ilə qarşılaşıb...

12.05.2014 tarixində Azərbaycan cəmiyyəti böyük itki ilə qarşılaşıb... Azərbaycanda marketinqin ba...

Dünya İqtisadi Forumunun qiymətləndirm…

Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə Rusiyanı qabaqladı.

  Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və bu gün yayımlanmış “Qlobal informasiya texnolog...

AMC Qari Armstronqu 70-illik yubileyi …

AMC Qari Armstronqu 70-illik yubileyi ilə təbrik etdi

8 dekabr 2013-cü il tarixində dünya məhşur marketinq alimi Professor Qari Armstronga 70-illik yubileyi il...

AMC Milli Net 2013-ün qalibi oldu

AMC Milli Net 2013-ün qalibi oldu

24 dekabr, 2013-cü il tarixində Azərbaycan Marketinq Cəmiyyətinin veb-səhifəsi marketing.az Milli Net 201...

İKT Marketinq Mərkəzindən yenilik

İKT Marketinq Mərkəzindən yenilik

Azərbaycan Marketinq Cəmiyyətinin İKT Marketinq Mərkəzinin ekspertlərinin yeni məqaləsi işıq üzü görüb.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail