İKT

iktAzərbaycan Marketinq Cəmiyyəti (AMC) İKT sektorunun ölkəmizin aparıcı və prioritetli sahəsi olmasını, gələcək üçün yüksək potensialını nəzərə alaraq 2011-ci ilin sentyabr ayında İKT Marketinqi Mərkəzi yaratmış və bu mərkəz vasitəsi ilə müvafiq araşdırma, təhlil və ictimai məlumatlandırma işlərini aparır. 

İKT Marketinq Mərkəzinin gördüyü işlərin nəticəsi olaraq İKT sahəsində Azərbaycan üzrə indikatorların ciddi surətdə yaxşılaşdırılması, Dünya İqtisadi Forumunun xüsusi İKT hesabatında Azərbaycandakı layihələr və nailiyyətlər ilə bağlı materialın yayılması, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi və onların Azərbaycanla bağlı məlumatlara diqqət və həssaslıqla yanaşması, və dövlətimizin mövqeyinin ölkə daxilində və xaricdə müxtəlif hədəf qruplara çatdırılması kimi uğurları misal göstərmək olar.

İKT Marketinq Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakilardır:
1. İKT üzrə Azərbaycana aid hesabatlarının və sorğu nəticələrinin təhlili və problemləri müəyyən olunması
2. Ölkənin İKT sektoru üzrə statistik məlumatların alınması, sistemləşdirilməsi və müvafiq arayışların hazırlanması
3. Ölkədə İKT-yə dair ictimai rəyin monitorinqi və təkmilləşdirilməsinə dair tövsiyələrin hazırlanması
4. İKT sahəsində ölkələr inkişafı və müvafiq xidmətlər bazarında tendensiyaların izlənilməsi
5. Qonşu ölkələr və MDB ölkələri üzrə müqayisə və təhlillərin aparılması
6. Yerli və xarici mətbuatda Azərbaycanda İKT üzrə xəbərlərinin monitorinqi
7. Azərbaycanın İKT sahəsinə dair “PR case”-lərinin hazırlanaraq beynəlxalq mətbuatda dərci
8. İKT-nin Azərbaycanda populyaşdırılması üzrə ictimai tədbirlərin təşkili
9. Digər tədbirlər

İKT Market Mərkəzinin fəaliyyətinin bəzi nümunələri:
1. "Azərbaycan və Ermənistanda internet azadlığı: Müqayisəli təhlil" adlı analitik məqalə
2. "İnternet azadlığı: Mərkəzi Asiya və Cənubi Qafqaza müqayisəli baxış" adlı məqalə
3. "İKT sektorunun inkişafı üçün böyük infrastruktur potensialı mövcuddur" / Ecovision jurnalı, 52 s.

 

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail