İxrac kataloqu haqqında

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə hazırlanan və 2007-ci ildən həyata keçirilməyə başlanan “Azərbaycan İxrac Kataloqu” layihəsi Azərbaycan şirkətlərinin rəqabətqabiliyyətli məhsul və xidmətlərinin dünya bazarlarına çıxarılması, yeni xarici istehlak bazarları və partnyorların tapılmasına yardım etmək missiyasını daşıyır.

İxrac Kataloqu Azərbaycan Respublikasının xaricdəki Səfirlikləri və diplomatik nümayəndəlikləri, Azərbaycanın ictimai və dövlət təşkilatları, transmilli şirkətlər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri vasitəsilə yayılır, beynəlxalq sərgi və konfranslarda təqdim olunur, şirkətlərin xarici potensial müştəri və partnyorlarla yeni əlaqələr qurması və təqdim etdiyi məhsul və xidmətlərin yeni bazarlar tapması üçün geniş imkanlar yaradır.

Azərbaycan İxrac Kataloqu artıq 4 dəfə – 2007-2008, 2009-2010, 20112012-ci illərdə çap və CD formatlarında nəşr edilib. Sonuncu nəşrin çap variantı ingilis dilində, elektron variantı isə 5 dildə (ingilis, alman, ispan, ərəb və rus) hazırlanmışdır.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail