Özəl sektorla

Marketinq, menecment və biznes etika üzrə ixtisaslaşmış treninq kurslarının təşkili.
AMC fəaliyyət edtiyi dövrdə Azərbaycanda sahibkarlığın inkişafına həmişə böyük dəstək verməyə çalışmışdır və bir çox layihələr yerinə yetirmişdir. Sahibkarların maarifləndirilməsi məqsədi ilə mütəmadi olaraq sahibkarlar və iş adamları, özəl sektorda fəaliyyət göstərən digər bir çox qurumların əməkdaşları üçün marketinq, menecment və biznes etika mövzuları əhatə edən ixtisaslaşmış treninq kursları, seminarlar, dəyirmi masalar təşkil etmiş və həyata kecirmişdir. Tədbirlərin iştirakçılarına AMC-də hazırlanmış tədris-metodiki vəsaitlər paylanmışdır.

“Marketinq” aylıq işgüzar jurnalının yaradılması və inkişafına dəstək (2006-2009).
Azərbaycanda ilk olaraq marketinq sahəsi ilə sıx bağlı olan aylıq işgüzar jurnalın nəşri Azərbaycan Marketinq Cəmiyyətinin fəal iştirakı ilə baş tutmuşdur. Bu nəşrdə maraqlı və məlumatlandırıcı məqalələr, marketinq sahəsinin yerli və xarici miqyasında inkişafına dair materiallar, müxtəlif araşdrımalar və marketinq və menecment sahələrdə baş verən yeniliklər böyük yer tutmuşdur. Sözüqedən jurnal biznes strukturlar və cəmiyyət tərəfindən maraqla qarşılaşmışdır.

Konsaltinq xidmətləri.
AMC böyük, orta və kiçik sahibkarlıq üçün biznes məsləhətlərin verilməsi və 50-dən çox biznes plan və investisiya layihəsinin tərtib edilməsi istiqamətdə ictimai əsaslarla fəaliyyət göstərmişdir. O cümlədən, etika kodeksinin tərtib və təbliğatında yaxından iştirak edib. Həmcinin marketinq araşdırmalar apararaq PR-strategiyalar da hazırlanıb ki, ölkədə biznesin davamlı inkişafına köməklik göstərmək.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail