Universitet və elmi tədqiqat institutları ilə

Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Bakı Biznes Universiteti, Bakı Slavyan Universiteti, Kooperasiya Universiteti və digər universitetlərin tələbələri üçün AMC nəzdində istehsalat təcrübəsinin təşkili (2002 - hal-hazıra qədər).

Adı çəkilən təhsil ocaqlarında qeyd edilən dövrlər ərzində 300-dən artıq tələbə və gənc müvafiq biznes və marketinq biliklərinə yiyələnmişlər. İstehsalat təcrübəsi zamanı gənclərə qrup şəklində müxtəlif mövzuda mühazirələr, təqdimatlar keçirilib, marketinq elminin əsas karkası izah olunub.

Bu fəaliyyəti ilə İctimai Birliyin əsas hədəf kursu olan Azərbaycan gənclərin arasında marketinq elminin yayılmasında böyük töhfəsi var. Sözüqedən layihə hal-hazıra qədər davam edir.

Bu istiqamətdə digər fəaliyyət.
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutu ilə səmərəli əməkdaşlıq əlaqələri. Bura istehsalat və elmi-tədqiqat təcrübəsi, digər layihələr daxil olmuşdur. AMC-nin ekspertləri tərəfindən tədqiqatlar aparılmışdır. Həmçinin müxtəlif dövlət proqramlarına, qanunlara rəy verilmişdir. Etika kodeksi hazırlanmşdır.

- Müxtəlif təlimlərin təşkili, gənclərdə kadr və elmi potensiallarının gücləndirilməsi, etika kodeksinin icmaiyyət arasında düzgün formada yayılması, marketinq tədqiqatlarının aparılması, müxtəlif dövlət proqramlarına, qanunlara rəy verilməsi.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail