MICH - BİKM (Bazar İnformasiya Kommersiya Mərkəzi)

michDünya Bankının və Azərbaycan Hökumətinin dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən “İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi” çərçivəsində Bazar İnformasiya Kommersiya Mərkəzi (BİKM) yaradılmışdır. Məqsəd müasir informasiya texnologiyaları xidmətindən (mobil rabitə və internet) istifadə etməklə kənd təsərrüfatı istehsalçılarını, emalçıları, digər aqrar müəssisə və xidmət təşkilatlarını marketinq xidmətləri ilə təmin etməkdir.

Mərkəzin yaradılması və fəaliyyəti Azərbaycan Marketinq Cəmiyyəti tərəfindən həyata keçirilir. Layihənin tələblərinə uyğun olaraq BİKM formalaşdırılmış, işçi heyəti ilə təmin olunmuş, zəruri avadanlıqla təchiz edilmişdir. Bazar tədqiqatı aparılmış, İnformasiya Texnologiyaları platforması hazırlanmış, məlumatların toplanması, işlənməsi və sistemə daxil edilməsi, eləcə də məlumatların təhlili üçün metodologiya hazırlanmışdır. Qiymət toplanması üzrə 9 region müəyyən edilmiş, müvafiq olaraq 9 qiymət toplayan seçilərək işə cəlb olunmuşlar.

Məlumatların istehsalçılardan və bazarlardan toplanması məqsədilə xüsusi avadanlıqlarla (PDA telefonları) təmin edilmiş bu mütəxəssislərin dəstəyi ilə respublikanın 9 əsas bazarlarından qiymət toplanması üzrə fəaliyyətə başlanmışdır. Qiymət toplayanlar əvvəlcədən PDA telefonlarından istifadə barədə və məlumatların toplanması üzrə təlimatlandırılmışlar. BİKM-ə məxsus serverdə Məlumat Bazası yaradılmış və toplanmış məlumatların yayılmasını təmin etmək məqsədilə Veb Site (www.agrobusiness.az), Azercelldə SMS (Qısa İsmariş Xidməti) və İVR (İnteraktiv Səsli Bələdçi) xidməti (6955) kirayə olunmuşdur.

Mobil telefona malik hər hansı bir mülkiyyətçi, aqrar sahibkar Azərbaycanın istənilən yerindən və istənilən vaxt bu Məlumat Bazasına daxil olaraq, yuxarıda göstərilən bütün məlumatları əldə etmək və özündə olan satlıq mal və məhsul barədə məlumatı Məlumat Bazasında yerləşdirmək imkanlarına malikdir. İnteraktiv Səsli Bələdçi xidmətindən hələlik yalnız azərcell abonentləri istifadə edə bilər. Gələcəkdə digər mobil operator abonentləri üçün də müvafiq xidmət təşkil edilməsi nəzərdə tutulur.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail