WEF

wefAzərbaycan Marketinq Cəmiyyəti 2006-cı ildən başlayaraq nüfuzlu beynəlxalq təşkilat olan Dünya İqtisadi Forumunun (DİF) Azərbaycan üzrə tərəfdaşıdır. AMC hər il Dünya Rəqabətlilik Hesabatı çərçivəsində Azərbaycanda şirkət sahibləri arasında sorğu keçirir. Bu sorğunun nəticələri Hesabatın hazırlanmasında istifadə edilir və onun əsasında ölkəmizin rəqabətqabiliyyətlilik reytinqi hesablanır. AMC ümumilikdə illik rəqabətqabiliyyətlilik hesabatlarının hazırlanmasına müvafiq tövhə verir.

AMC və DİF arasında mövcud olan qarşılıqlı tərəfdaşlığın növbəti illərdə də davam etdirilib genişləndirilməsi nəzərdə tutulub. 2012-13-cü il Hesabatında Azərbaycan rəqabətlilik reytinqinə görə 46-cı yerdədir. 2011-2012 hesabatında Azərbaycan 55-ci yer tutmuşdur.Qeyd etmək lazımdır ki, bu il də ölkəmiz MDB ölkələri arasında yenə ən yüksək nəticəyə malik olmuşdur. Azərbaycanın inkişaf sürəti, dinamikası, onun daim inkişafda olan, möhkəm iqtisadiyyata malik olması, onun MDB məkanında ən rəqabətqabiliyyətli və xüsusi əhəmiyyətə malik olan dövlət kimi təşəkkül etməsi onun 9 pillə irəliləyişinə səbəbdir.

Azərbaycan 7-xallıq şkala üzrə 4,41 xal toplamışdır. Ölkəmizin xüsusi ilə “Texnoloji hazırlıq” və “İnnovasiya” kimi müasir inkişaf modelinin dinamikasının təzahürü olan kateqoriyaları üzrə irəliləməsi təqdirəlayiqdir.

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail