Press relizlər

"Azərbaycan İxrac Kataloq 2015"-in təqdimat mərasimi keçirilmişdir

 2015-ci il iyul ayının 23-də“Four Seasons” otelin Şur zalında Azərbaycan Marketinq Cəmiyyətinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə ərsiyə gələn “Azərbaycan İxracKataloqu- 2015” Layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə İşadamları, müəssisə və təşkilat rəhbərləri, kütləvi informasiya vasitələrinin mənsubları iştirak etmişlər.

 

"AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN QİYMƏTLƏNDİRİLMƏSİ"

 DSC5754

2015-ci il iyul ayının 15-də FourSeasons mehmanxanasının “Şur” konfrans zalındaAzərbaycan Marketinq Cəmiyyəti (AMC) “AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ SAHƏSINDƏ FAKTIKI VƏZIYYƏTIN QİYMƏTLƏNDİRİLMƏSİ” mövzusunda keçirdiyi araşdırmanın nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə təqdimat mərasimi keçirilmişdir. Tədbiri Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri Nigar Hüseynzadə açmışdır

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşri elan edildi. Azərbaycan yenə MDB ölkələri arasında ən yüksək nəticəyə malikdir!

World-Economic-Forum

Dünya İqtisadi Forumu 3 sentyabr 2014-cü il tarixində Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşrini təqdim etmişdir.

Bu il Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 38-ci yerdədir. 2013-2014-cü il hesabatında isə Azərbaycan 148 ölkə arasında 39-cu yeri tutmuşdu. Qeyd etmək lazımdır ki, bu il də ölkəmiz MDB ölkələri arasında yenə ən yüksək nəticəyə malik olmuşdur.

Azərbaycan İxrac Kataloqu 2014


AIK logo2014-cü il iyul ayının 21-də “Park İnn” otelin Nəsimi zalında Azərbaycan Marketinq Cəmiyyətinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi iləərsiyə gələn “Azərbaycan İxrac Kataloqu - 2014” Layihəsinin təqdimat mərasimi keçirilmişdir. 

Executive Master in Management and Sales (EMMS)

ESADE (İspaniya) və SDA Bocconi (İtaliya) universitetlərinin birgə proqramı “Executive Master in Marketing and Sales” (EMMS) adlı birgə proqramı ilə 30 iyun tarixində Azərbaycan üçün tanışlıq sessiyası (on-line) keçiriləcəkdir. 

Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə görə Rusiyanı qabaqladı.

World-Economic-Forum

 

Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış və bu gün yayımlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014“ (“The Global Information Technology Report 2014”) adlı illik hesabatda göstərilir ki, ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlmişdir. Hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlamışdır.

 

 

Ünvan
Azərbaycan AZ1000, Bakı ş.
Səməd Vurğun küç., 34,
15-ci mərtəbə

Telefon
+994 12 430 57 57

Faks
+994 12 430 01 00

Email
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

facebooktwittermail